Bal itkisi çox vaxt diqqətsizlikdən olur: mətndə olmayan məlumatı seçmək və ya sualın açar sözünü qaçırmaq. Aşağıdakı addımlar bunun qarşısını alır.
Reading strategiyası
Əvvəl sualları oxuyun, sonra mətnə baxın. Açar sözləri (rəqəm, ad, tarix) tapın və sualdakı sözün sinonimini axtarın. Mətndə olmayan məlumatı öz biliyinizlə tamamlamayın.
Main idea və başlıq
Main idea sualında bütün mətni əhatə edən variantı seçin. Başlıq (title) mətnin mövzusunu qısa əks etdirməlidir; yalnız bir abzasa aid başlıq səhvdir.
Söz mənası və istinad
Naməlum sözün mənasını kontekstdən tapın: ətrafdakı cümlələr eyni fikri başqa sözlə verə bilər. it, they, this kimi əvəzliklərin hansı isimə aid olduğunu yoxlayın, sual tez-tez bunu soruşur.
Əlaqəli səhifələr
Tez-tez verilən suallar
Reading mətnləri çətindirmi?
Mətnlər qısadır və gündəlik mövzulardadır. Çətinlik sözlərdə yox, sual tiplərini tanımaqdadır.
Əvəzlik sualı nədir?
Mətndəki it, they, this kimi sözün hansı ismi əvəz etdiyini soruşan sualdır. Əvəzlikdən əvvəlki cümləyə baxın.
Başlığı necə seçmək olar?
Bütün mətnin mövzusunu verən variantı seçin, bir detala aid olanı yox.
Vaxtı necə bölmək lazımdır?
Hər mətnə təxminən eyni vaxt ayırın və bir sualda ilişib qalmayın: cavabı tapmadınızsa, növbəti suala keçib sonra qayıdın.
Sual nümunələri və cavabları
Özünü yoxla: 20 sual
My best friend is called Samir. We have known each other since we were six years old. He lives in the flat above mine, so we walk to school together every morning. Samir is tall and has short black hair. He is very funny, and he always makes me laugh.
After school, we usually do our homework together. Then we play chess or football in the yard. On Sundays, Samir's family visits his grandmother in the village, and sometimes they take me with them. I like these trips because his grandmother makes delicious pancakes.